Logo

Bu libasları heç kim geyinməz - FOTOLAR


Hazırda hazır libaslara olan maraq daha çox olsa da, özəl sifarişlə tikilən geyimlərə də maraq azalmayıb.

“Haute Couture” adlanan “Özəl tikiş” termini Çarlz Frederik Vörzləhəyatımıza daxil olub. 1900-cü illərdə Ledi Karzona libas hazırlayan dizayner Paris əsilzadələrinin və Avropanın diqqət mərkəzində olub. Bu hadisədən sonra Çarlz atelyesini açıb və özəl sifarişlər qəbul etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, iyul ayında Parisdə “Haute Couture” Moda Həftəsi keçirilib.

Moda gecələrində özəl sifarişlə tikilən geyimlərin son mərhələsi gözlər önünə gəlib. 

Podiumda yadplanetlilər varmış kimi aura yaranıb. Modellər qeyri-adi paltarlarda izləyənlərin qarşısına çıxıb.