Logo

Birinin adı dilinizin ucuna gəlir, amma xatırlamırsınız? - TÖVSİYYƏLƏR


 Birinin adı dilinizin ucuna gəlir, amma xatırlamırsınız? Ya da mətbəxə gedirsiniz, amma nə üçün getdiyinizi unudursunuz? Beyninizi gücləndirmək istəyirsinizsə, bu  tövsiyyələri və gimnastikaları dəyərləndirin.

1.Bədən gimnastikası beynin böyüməsinə kömək olur. Gimnastika sinir qovşaqlarının sayını artırır, beləcə beyində daha çox əlaqə nöqtəsi yaranır və yeni hüceyrələr yaranır. Ürək-damar sağlamlığınız yerindədirsə, beyninizə daha çox oksigen gedir. 

Tövsiyyə: Gimnastikanı çöldə etməyə çalışın. Yeni yerlər görmək, yeni fikir mübadilələri etməyi də ehmal etməyin. Deyək ki, həyət işlərini görməyi sevirsiz, bunu tək deyil də qonşularınızla, dostlarınızla etməyə çalışın.

2.Hərəkətdə olarkən əzbərləməyə çalışın. Aktyorların da istifadə etdiyi bu variant bilginin zehninizdə daha çox qalmasına kömək olur.

Tövsiyyə: İşdə çıxış etməyə, ya da imtahanlara hazırlaşırsınızsa, öyrəndiklərinizi ya yeriyərək, ya da rəqs edərək əzbərləməyə çalışın.

3.Düzgün qidalanmağın faydaları. Yediklərimizin təxminən 5də 1i şəkərə çevrilər və enerji birbaşa beyinə gedir. Beyin işləməsi tamamən qlikoza bağlıdır. Əgər şəkərə diqqət etməsəniz, zehniniz çox qarışıq olacaq.

Tövsiyyə: Beynimizin bəzi maddələri də yağdır. Buna görə də yediklərimizdə yağ da olmalıdır. Xüsusilə fındıq, fıstıq, tum, avokado və balıqdakı yağlar sağlıqlı yağlardır.

4.Hər şeydən uzaqlaşmağın sirri. Biraz stress insanın təcili vəziyyətdə reaksiya göstərməsi üçün lazımlıdır. Lakin uzun müddətli stress beyində əks təsir göstərir. Beynimizin “öz-özünə işləmə xətləri” vardır, buna görə də, gündüzlər xəyal qura bilirik. Bu funksiya yaddaşı qorumaq baxımından çox faydalıdır.

Tövsiyyə: Əgər nədənsə uzaqlaşmaqda, rahatlamaqda çətinlik çəkirsinizsə, fərqli meditasiyonlar edərək stressinizi kontrol altına ala bilərsiz.

5.Daha əvvəl etmədiyiniz şeyləri edin. Beynizi yeni şeylər edərək və ya öyrənərək sınayın. Kursa yazılmaq, ya da yeni bir dil öyrənmək beyniniz üçün faydalıdır.

Tövsiyyə: İnternetdə dostlarınızla, ailənizlə yarışacağınız oyun tapın. 

İnce.Az