Logo

Qoltuqaltı tüklərinizdən ev üsulu ilə xilas olun


Ayaq və qoltuqaltı bölgələrini təmizləmək olduqca ağrılı və çətindir. Təmizlənmə uzun vaxt davam edir və çuxurlara səbəb olur. 2017-ci ildə qadınların 77 %-i təmizlənməni kimyəvi maddələrlə etsə də, 33 %-i ev üsulu təbii yollardan istifadə edib.

1.Şəkər və limon suyu

Arzuolunmaz tüklərdən xilas olmağın ən yaxşı üsulu şəkər və limon suyudur. Proses ağrılı olsa da, nəticədə 4 həftə tüksüz bədənə sahib olacaqsınız. Bunun üçün bunları etmək lazımdır: 1 stəkan şəkər, ¼ stəkan bal, 2 xörək qaşığı limon suyu. Ləvazimatları qarışdırın, 2 dəqiqə sobada saxlayın. Çıxardıqdan sonra da 30 saniyə qarışdırın. Istifadə etmədən öncə soyudun.

2.Yumurta ağı və qarğıdalı nişastası

Bir yumurtanı qırın, ağını sarısından ayırın. ½ yemək qaşığı qarğıdalı nişastası, 1 yemək qaşığı şəkər əlavə edin və qarışdırın. Hazırladığınızı tüklü bölgəyə sürtün və qurumağını gözləyin. Quruduqdan sonra isə soyun.

3.Süd və zəncəfil

3 çay qaşığı zəncəfil tozu və 1 çay qaşığı süd. Bunları pasta halına gələnə qədər qarışdırın və tüklü bölgəyə sürtərək yarım saat gözləyin. Yarım saatdan sonra bir parçanı ilıq su ilə isladın və silin. Təsirini hiss etmək üçün bir neçə dəfə təkrarlayın.

İnce.Az