Logo

Gəlinliklərdə dekolteyə görə vergi tətbiq oluna bilər


İtaliyanın şimal-şərqindəki Mestre şəhərində rahiblərdən biri yeni vergi növü təklif edib. Belə ki, rahib Kristiano Bobbo kilsədə nikah vaxtda gəlinlərin geyimindəki dekoltenin səviyyəsinə görə vergi tətbiq olunmasını istəyib.

O bildirib ki, son vaxtlar qadınlar öz gəlinliklərində bu və ya digər personajları təqlid etməyə çalışır. Rahib sonra əlavə edib ki, onun təklifi zarafat xarakteri daşısa da, dərin mənaya malikdir.

 Məlumat üçün bildirək ki, İtaliyada nikahlar evlənən cütlüyün seçimi ilə ya bələdiyyədə, ya da kilsədə qeydiyyata alına bilər.