Logo

Payız qarderobunun ən zəruri əşyası


Payızda palto olmadan keçinmək mümkünsüzdür. Bu mövsüm çeşidlər o qədər müxtəlifdir ki, seçim etmək heç vaxt olmadığı qədər çətinləşib.

İnce.az publika.az-a istinadən bu mövsümün ən dəbli modellərini təqdim edir:

Dama-dama

80-cı illərin trendi bu mövsüm dizaynerlərin fantaziyalarını ələ keçirib. İndi dama-dama olan bütün geyimlər, o cümlədən paltolar çox aktualdır. Mövsümün əsas ornament rəng çalarları al-qırmızıdan parlaq göyə qədər dəyişir. İstehsalçılar fason çeşidlərində də zövq müxtəlifliyini nəzərə alıb. Belə ki, ilin ən dəbli palto siluetləri bunlardır: kişisayağı bol, dar və ra retro-üslubunda modellər.

Bəbir

Dama-dama naxışların rəqibi bu mövsüm bəbir olacaq. Bəbir naxışı öz-özlüyündə kifayət qədər parlaq elementdir, odur ki, bu paltonu birrəngli və minimalist geyimlərlə uyğunlaşdırın.

Qara

Belə bir palto əbədi klassikadir. Qara minimalist palto sizə çox darıxdırıcı görünürsə, hərbi üslubda olan variantlara diqqət yetirin. Məsələn, qızıl düymələr, qalın kəmər və ya parlaq dəri ilə bəzədilmiş versiyaları.

Əlvan rənglər

Parlaq rəngli paltolar xiffətli payız havasına qarşı etiraz elan etmək üçün ideal seçimdir. Bu, yaşıl, küpə çiçəyi rəngi və ya kobalt, zərif-çəhrayı yaxud narıncı ola bilər. Zövqünüzcə olan istənilən rəngi seçin.

Kürk

Dizaynerlərin bu mövsümün əsas müzakirə mövzusu kürkdür. Onlar öz aralarında süni, yoxsa təbii xəz kürk istehsalı barədə mübahisə etməklərində olsun, biz isə hər iki variantın lehinə səs veririk. Xüsusilə al-əlvan rənglərinə yönəlin.