Logo

Əllərə necə qulluq olunmalıdır ?


Gün ərzində əllərimizdən və ayaqlarımızdan daha çox istifadə edirik. Yorulduğunda, ağrıdığında əllərimizlə ayaqlarımızı masaj edər, evdə olarkən qabları yuyar və.s əllərimizlə daha çox işlər görərik. Lakin əllərimizdən bu qədər istifadə etməyimizə baxmıyaraq onlara gündəlik qulluq edə bilmirik.

 İNCE.AZ sizə əllərə necə qulluq olunmasını təqdim edir :

Yumşaq olması üçün : Zeytunyağı və şəkər

Zeytunyağı yalnız əllər üçün deyil həm də, saçlara da çox böyük faydası var.

Ədviyyatlar

- 1 yemək qaşığı zeytunyağı

- 1 yemək qaşığı şəkər tozu

Hazırlanması

1 qaba zeytunyağı və şəkər tozunu töküb qarışdırın. Sonra bu qarışımı əlinizə çəkib 30 saniyə gözləyin və daha sonra ilıq suyla durulayıb yumşaq bir dəsmalla silin.

Daha parlaq və canlı olması üçün : Limon suyu və bal

Limon suyu əllərinizi həm parıldadacaq, həm də canlı bir şəkildə görünməsi üçün kömək olacaq. Limon suyunun balnan olan qarışımı əllərinizə xüsusi bir yumşaqlıq verəcək.

Ədviyyatlar

- 2 yemək qaşığı limon suyu

- 2 yemək qaşığı bal

Hazırlanması

Əllərinizi sabunla ilıq suda yuyun. Bu ədviyyatları bir qabda qarışdırın və əllərinizi masaj edərək bu qarışımı tətbiq edin. Qarışımı əlinizdə 10 dəqiqəyə qədər saxlayıb gözləyin. Sonda ilıq suyla yuyun.

Əllərinizin həmişə sağlam görünməsi üçün : Sirkə və su

Əllərə qulluq yalnız onların parlaq və canlı görünməsi üçün deyil, həm də sağlam görünməsi üçün edilməlidir. Əllərinizin və dərinizin sağlam olması üçün tək ehtiyacınız sirkə və sudur.

Ədviyyatlar

- 1 yemək qaşığı sirkə

- 2 litr su

Hazırlanması

2 litr suyun içinə sirkə töküb qarışdırın. Əllərinizi bu qarışıma salın və bu şəkildə 10 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun.

Cahan Rüstəmli