Logo

Körpələr üçün geyim seçməyin 5 vacib qaydası


Bütün valideynlər körpələr üçün geyim seçərkən çox diqqətli olmalıdırlar. Körpələrin dərisi çox həssas olduğundan onlara geyim seçərkən materiala daha çox fikir vermək lazımdır. Düzgün seçim edə bilməmək uşaqların sağlamlığı üçün zərərli ola bilər. Körpələr üçün daha rahat və yumşaq materialda geyimlər seçmək məsləhət görülür. 

İNCE.AZ sizə körpələr üçün geyim seçimində 5 əsas qaydanı təqdim edir :

1) Körpələrinizin dərisinə zərər verilməməsi üçün 100% pambıq olan materialdan geyim seçməyə diqqət edin.

2) Körpəniz üçün daha rahat və sıx olmayan geyimlər seçin.

3) Alergiya edə biləcək geyimlər seçməyin.

4) Geyimlərdə olan çıt çıtların sağlam olmasına diqqət göstərin.

5) Geyimlərdə olan yuma təlimatlarına diqqət göstərin.

CAHAN RÜSTƏMLİ

İNCE.AZ