Logo

30 yaşdan sonra dəriyə parlaqlıq qazandırmağın yolları


Dərinizin 20 yaşınızda olduğu kimi parlaq və gənc görünməyini istəyirsiniz?

İnce.Az ölkə.az-a istinadən 30 yaşdan sonra lazım olan qulluq qaydaları barədə yazını təqdim edir.

30 yaşdan sonra dərimizdə də dəyişikliklər başlayır. 35 yaşdan sonra isə hər il keçdikcə həssaslaşan dərimizi sağlam saxlamaq üçün bunları etməliyik.

1. Qızıl qayda: Dərini nəmləndirmək

Stabil nəmləndirmə dəriyə qulluğun qızıl qaydalarındandır. Dərinizin gəncliyini, elastikliyini və sağlamlığını qorumaq üçün əsas addım keyfiyyətli nəmləndirici kremdən istifadə etməkdir. Dəri növünüzə ən uyğun məhsulu tapdıqdan sonra, dərinizin nəm balansını qorumaq üçün gün ərzində 2-3 dəfə istifadə edin. Bundan əlavə dərinizin içəridən də nəmlənməsi üçün bol miqdarda su içməyi də unutmayın. 

2. Dəriyə qulluq üçün ən uyğun vaxtın yuxu saatından əvvəl olduğunu unutmayın!

Araşdırmalara görə, dəri dəriyə  qulluq məhsullarının içindəki aktiv maddələri biz yuxuda olarkən özünə daha çox sovurur. Buna görə də ən yaşxı qulluq vaxtı yatmazdan əvvəl sayılır. İlk olaraq üzünüzü su ilə yaxşıca təmizləyin. Ardından tonika ilə canlandıraraq gecə kreminizi çəkin. 

3. Hər mövsümdə günəşdən qorunun!

Dərinizin yaşlı görünməsinin ən vacib səbələrindən biri də piqment ləkələrdir. Ləkələrin qarşısını almaq üçün sadəcə yaz və yayda deyil, ilboyu günəş şüalarından qorumaq lazımdır. Gün kremləri günəşin zərərli UV şüalarının dərimizə hopması və hüceyrələrə zərər verməsinin qarşısını alır. Gün kremlərinin müntəzəm istifadəsi sadəcə qırışların və ağrıverən günəş yanıqlarının görünməsinin qarşısını almaqla yanaşı bizi dəri xərçəngindən də qoruyur. 

4. Ruhunuzu da qidalandırın!
 
Yaşadığımız psixoloji  vəziyyətlər, stress də dərimizdə xoşagəlməz izlər buraxır. Gün ortasında bir müddət istirahət etmək ruhumuzu dincəldəcək və rahatlaşmağımıza kömək edəcək. Mütəxəssislərin fikrincə, meditasiya yaşlanma ilə mübarizədə bu günə qədər ən güclü ayin sayılır. Qırışsız, gənc və parlaq görünən bir dəriyə sahib olmaq istəyirsinizsə, hər gün özünüzə zaman ayıraraq meditasiya etməyə çalışın. 

5. Şəkərdən uzaq durun! 

Həddən artıq şəkər qəbul etmək erkən qocalmaya səbəb ola bilər. Yüksək səviyyədə şəkər və sadə karbohidratlarla (xəmir yeməkləri, şirniyyat və.s) zəngin qidalar qanda insulin səviyyəsini artırır. Qan dövranındakı şəkər molekulları kollagen və elastinin ifrazı lifləri kimi proteinlərə yapışaraq zamanla dərimizin elastikliyini itirməsinə səbəb olur. Bu da dərimizin sürətlə qocalmasına, qırışlara və piqment ləkələrinin yaranmasına səbəb olur. Şəkərdən uzaq durmağınız sizin sürətli maddələr mübadiləsinə və gözəl dəriyə sahib olmağınıza kömək edəcək.