Logo

Sabah hava isti olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 11-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən İnce.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti təşkil edəcək.