Logo

Çiyələkli kurabiyə


Ərzaqlar;

•125 gr kərəyağı
•1 yumurta
•1 stəkan şəkərtozu
•1 qabartma tozu
•1 vanil
•3 stəkan un
•1 çimdik duz
•1/2 stəkan doğranmış çiyələk
•1 armudu stəkan damla şokalad

Hazırlanması;

•Yumuşalmış kərəyağı və şəkəri mikserlə çalın 

•İçinə yumurta əlavə edib, təkrar çalın 

•Quru ərzaqları ələyib əlavə edib yoğurun

•Unun son stəkanını az az tökün. Çünki yumuşaq bir xəmir olmalıdır 

•Son olaraq çiyələk və şokalad əlavə edilir 

•Artıq yoğurmayın

•Yavaş hərəkətlər ilə xəmiri alt üst edin

•Yoğursaz çiyələklər sulanar və xəmir yanar 

•Xəmirdən qoz böyüklüyündə parçalar qoparın

•180° sobada 18-20 dəqiqə bişirin

Qeyd; Çiyələkli olduğu üçün 2 gün içində yeyilməsi məsləhətlidir.