Logo

Keks sevənlər üçün asan və sınanmış resept


İnce.Az yaş keksin evdə bişirilmə üsulunu təqdim edir.

Lazım olan ərzaqlar:

3 yumurta
Stəkan yarım şəkər tozu
Stəkan yarım süd
1 stəkan duru yağ
1 paket kakao
2 stəkan un
Vanil
Qabartma tozu
Üstü üçün sous: 
1 stəkan kakaolu qarışım
Yarım stəkan süd

Hazırlanması:

Yumurta və şəkər tozunu çırparaq köpüklədin. Süd, duru yağ və kakao əlavə etdikdən sonra təkrar çalın. Bu qarışımdan bir stəkan ayırın. Qalan qarışıma qabartma tozu, vanil və un əlavə edərək qarışdırın. Əldə etdiyiniz keks və xəmirini yağlanmış soba qabına tökərək, əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobaya qoyun.
Ayırdığınız 1 stəkan sousa yarım stəkan süd əlavə edib 1 buğum qaynadın. Keksinizi sobadan çıxardıqdan 10 dəqiqə sonra üzərinə soyuq sousu tökün.
Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.