Logo

Həftə sonuna ləzzət qatacaq şirniyyat, limonlu kurabiyə


Həftə sonuna ləzzət qatacaq şirniyyat, limonlu kurabiyə. 

Ərzaqlar;

•2 yumurta

•1 stəkan pudra şəkəri

•3 yemək qaşığı duru yağ

•1 limonun suyu

•1 limon qabığının rəndəsi

•1 qabartma tozu

•1 vanil

•3 stəkan un

Üstü üçün;

•1 stəkan pudra şəkəril

Hazırlanması;

•Yumurta, duru yağ, pudra şəkəri, limon suyu və qabığını bir qaba qoyub qarışdırın

•Qabartma tozu, vanil və unu yumuşaq bir xəmir olana kimi yoğurun

• Xəmiri streçləyib yarım saat soyuducuda saxlayın

•Xəmirdən qozdan biraz böyük ölçüdə parçalar düzəldin

•Sonra pudra şəkərinə batırın

•Bişirmə kağızına aralı düzün

•180° isidilmiş sobada bişirin

Nuş olsun.