Logo

Uşaqlara Baxmaq Diqqət Tələb Edir


Uşaqların baxımı ilə əlaqədar bunları bilməlisiz.

•  Körpə yatağında tək başına buraxılmamalıdır.

•  Əgər otaqdan çıxmaq lazım gələrsə, uşaqla birlikdə çıxmaq adət halına alınmalıdır.

•  Yüksək oturacaqlarda körpə nəzarətsiz qoyulmamalıdır.

•  Mikro sobalara isidilmək üçün qoyulmuş yemək butulkaları isti ola bilər. Butulka soyuq olsa belə içindəki maye isti ola bilər. Mümkünsə butulkalar mikro sobalarda isidilməsin.

•  İsti bir su ilə uşaq birlikdə daşınmamalıdır.

•  Uşaqlar üçün hamamda suyun istiliyinə diqqət edilməlidir. Mümkün qədər suyun istiliyi 50 dərəcənin aşağısında olmalıdır.

•  Körpəni çimizdirərkən vannaya birinci soyuq sonra isti su tökülməlidir.

•  Paltar ütüləyərkən uşağın ütüyə yaxınlaşmamasına diqqət edilməlidir.

•  Körpənin yatağında və əlinin çata biləcəyi məsafələrdə ağzına apara biləcəyi kiçik əşyalar olmamalıdır. Muncuq kimi.

•  Plastik salafanlar ortalıqda saxlanılmamalıdır. Başına keçirdib boğula bilər.

•  Körpə nəqədər öyrəşmiş olsa da yenədə bir heyvan ilə otaqda tək buraxılmamalıdır.

•  Parket yaş olduğu zaman uşaqların orada gəzməməsinə diqqət edin. Ayağı sürüşüb yıxıla bilər.

•  Uşaqlar hamam və mətbəxdə nəzarətsiz buraxılmamalıdır.