Logo

Uşaqlarda Özgüvən Yaratmağın Yolları


Özgüvən uşaq yaşından başlayıb yetişkinlik yaşına kimi davam edir. Bu zaman ana və atanın rolu mühümdür. Özgüvən, qısa olaraq şəxsin özünü sevməsi, dəyərli görməsi mənasına gəlir.

Uşaqlarda Özgüvən Yaratmağın Yolları

Tez-tez eşitdiyimiz cümlələr var “uşağım özünə qapalıdır”, “Özgüvəni yoxdur”, “İstədiyini əldə edən bir uşaq deyil” kimi. Bu düşüncədə ola bilərsiz amma uşağınızın bu sözləri sizdən eşitməsi onu daha da qırmaqdan başqa bir işə yaramayacaqdır.  Düzdür ki, ana və atalar uşaqlarını belə biri olaraq görmək istəməzlər. Əksinə özgüvənli, bacarıqlı və güclü olsun istəyərlər. Hər mövzuda olduğu kimi bu mövzuda da rəhbər sizsiniz və ancaq sizin yanaşmanızla uşaqda özgüvən formalaşa bilər.

Seçimlərin deyin: 

Uğun olduğu təqdirdə seçimləri ona buraxın. Əsas da özü ilə bağlı qərarları. Körpə uşaq özünə doğru olan qərarı verə bilməyə bilər amma siz ona doğru seçimləri göstərdikdə o ürəyi istəyən qərarı verəcək. Bu “O meyvə sevir” yerinə “Meyvə suyu içmək istəyirsən yoxsa çay?” demək kimi sadədir.

Səmimi və ya qərarlı olun:

Uşaqlar sözlərinizin ciddi olub olmadığını anlayacaq həssaslığa sahibdirlər. Buna görə uşaqlarınıza dəqiq, qərarlı və səmimi görünməyə çalışın. Onun gördüyü hər işdə müsbət bir şey tapmağa çalışın. Məsələn, bir rəsm çəkirsə “Möhtəşəm rəsm çəkmisən” demək yerinə “Rəsmdə seçdiyin rənglər möhtəşəm seçim olub” deyə bilərsiniz. Beləcə siz ona özəl fikir bildirmiş olacaqsınız.

Kobud tənqid etməyin:

Bəzən isə ağır görünməyən bir söz, onun özgüvənini zədələyə bilər. Tənqid etməzdən öncə biraz daha düşünün və sözlərinizi diqqətli seçin. Mənim uşağım fikir verməz deməyin. Adi söz olsa belə onun özgüvəninə təsir edə bilər.

Nəticəni yox göstərdiyi səyi tərifləyin:

Dərslər, maraqandığı idman növlərində qalibiyyətli tərifləmək yerinə, göstərdiyi cəhdi tərifləyərsəniz daha da uğurlu olacaqdır. “Riyaziyyata göstərdiyin səyi görürəm, əminəm ki zamanla daha da uğurlu olacaqdır”, “Futbolda olan bacarığını görürəm” kimi cümlələr qurmağa çalışın. Heç birində əldə edilmiş bir uğur yoxdur amma hamısı uşağınız üçün dəyərli cümlələrdir.

Məsuliyyətlərini ona verin:

Ona aid, edəcəyi bütün işləri özünün etməsinə şərait yaradın. Əsasən valideynlər bunu etmir. Kiçik yaşlarından hər işini gördüyünüz uşaq biraz böyüdükdə istəyirsiz məsuliyyət alsın, öz işlərini özü həll etsin. Amma təəssüf ki bunun üçün çox gec qalmış olursuz. Çünki ondan, heç vaxt etmədiyi və bilmədiyi işləri tələb edirsiz.

Səhvlər edəcək, səbirli olun:

Səhv edilməyi sevməyən ana-ata uşağın düşüncəsində problem yarada bilər. Otağını sizin kimi səliqəli yığışdırmaya bilər. Qoyun qalan dağınıqlıq onu narahat edənə, daha yaxşısını edənə qədər elə qalsın. “O etməyəcək, gedib mən edim” deyirsizsə bu zaman da onun edəcək işi qalmır. İcazə verin uşaq özü nələrsə edib yanılaraq öyrənsin