Logo

Dadlı İsveçrə keksi


Ərzaqlar;

•100 qr kərə yağı

•1 stəkan şəkər tozu

kk•2 yumurta

•3/4 stəkan un

•1 vanil

•3 yemək qaşığı kakao

Hazırlanması;

•Kərə yağını əridin və soyuması üçün kənara qoyun

•Yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalın

•Un, vanil və kakaonu başqa qabda qarışdırıb, yumurta və şəkər tozuna əlavə edin

•Alınmış qarışımı yaxşı qarışdırın

•Soyumağa qoyduğunuz kərə yağını da əlavə edib qarışdırın

•22 sm-lik yumru ya da 20×30 sm-lik dördkünc qabın içini yağlayıb, alınan qarışımı içinə tökün

•Əvvəlcədən qızıdırlmış sobada 180 dərəcə temperaturda 20 dəqiqə bişirin

•Soyuduqdan sonra süfrəyə qoyun

•Hazırlayacağınız qarışım duru olduğu üçün sobanın qabını yağlayın, ya da yapışmaması üçün bişirmə kağızı sərin

•Bişdikdən sonra isə qabdan ehtiyatla çıxardın

•Keksin üstü quru içi isə yaş olacaq

Nuş olsun.