Logo

Kök salatı


Ərzaqlar;

•8 yerkökü

•5 yemək qaşığı zeytun yağı

•2 stəkan qatıq

•4 diş sarımsaq

•Duz

Hazırlanması;

•Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin

•Tavada zeytun yağını qızdırın

•Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək bişirin

•Yerkökülər bir qədər diri qalmalıdırlar

•Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun

•Sarımsağı əzin

•Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerkökünə əlavə edin

•Zövqə görə duz tökün və qarışdırın

•Lazımdırsa, bir az da qatıq qatın

•Salat quru olmamalıdır

•Salatı bir az soyuducuda saxlayın

•Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz

Nuş olsun.