Logo

Populyar qəhvə çeşidləri


1 Türk qəhvəsi

Qəhvə (kofe) deyəndə Türkiyədə ağla gələn ilk çeşid, sözsüz ki, Türk qəhvəsidir. Çox qovurulmuş qəhvə çəkirdəkləri ilə hazırlanan türk qəhvəsini hazırlamaq üçün, əvvəlcə çəkirdəkləri üyüdüb toz halına salmaq, daha sonra bişirmək lazımdı. Klassik türk qəhvəsi su ilə servis olunur.

Espresso

Espresso sərt qəhvə sevənlər üçün ideal seçimdir. Dadı sərt və tünddür. Hətta, double espresso növü də mövcuddur.

Americano

Americano'nu yüngülləşdirilmiş Espresso adlandıra bilərik. Espresso içmək istəyib, lakin dadını çox sərt görənlər Americano'nu seçə bilərlər.

Cappuccino.

Südlkü və bol köpüklü qəhvə növlərindən ən dadlısıdır deyə bilərik. İtaliyanlar tərəfindən kəşf edilib hazırlanıb və espresso'dan sonra ölkədə ən məşhur qəhvələrdən ll'sidir. Şokolad ilə servis olunur.

Latte

İçində bol süd olur. Yüngül qəhvə növlərindən biridir. Üstündə süd köpüyü olur, vanil, karamel və fındıq kimi əlavələrlə servis edilir.

Mocha

Yüngül içkilərdən biridir. İçində bolca süd, süd köpüyü, espresso və şokolad var. Şokolad sevərlər bir an belə düşünmədən mocha'nın dadına baxmalıdır.

Espresso Macchiato.

Demək olar ki, espresso qəhvəsinin üzərinə süd köpüyü əlavə olunmuş halıdır. Espressonun sərtliyi beləcə yumşalır, hətta çox vaxt üzərinə karamel töküb servis edilir.

Filtr qəhvə.

Dəmlənmiş qəhvədir. Hazırlanması olduqca rahat və asandır. Buna görə də çox adam rahatlığını düşünüb, seçimini bu qəhvədən yana tutur. Ancaq dadı sərtdir.

Flat white.

Sadə şəkildə desək, südlü espresso. Əsasən Yeni Zellandiya və Avstraliyada əhali tərəfindən sevilir və içilir.

10 Flappe

Soyuq qəhvədir. Tərkibində bolca süd var, buna görə də dadı çox yüngül və şirindir. İncə və uzun bakallarda servis edilir. Soyuq qəhvə olduğu üçün əsasən yay aylarında istifadə olunur.