Logo

3 ərzaqla kurabiyə olmaz deməyin


Ərzaqlar;

•250 qr kərəyağı

•1 stəkan pudra şəkəri

•3,5 stəkan un

Hazırlanması;

•Otaq temperaturunda saxladığınız kərə yağını geniş bir qabın içinə qoyun

•Pudra şəkərini əlavə edib krem halına gələnə qədər qarışdırın

•Unu az-az əlavə edərək yoğurun

•Xəmir ələ yapışmayana qədər un əlavə etməyə davam edin

•Hazır olan xəmirdən balaca peçenyelər hazırlayın, yumurtanın ağını üstünə çəkin

•Əzilmiş ləpə qırıntılarına da batıra bilərsiniz

•Peçenyelərinizi içinə yağlı kağız sərilmiş sobanın qabına düzün

•Əvvəlcədən qızdırılmış sobada 170 dərəcə 15-20 dəqiqə üstü az qızarana qədər bişirin

Nuş olsun.