Logo

Snikers tortu


Şokolad və yer fıstığının birləşməsindən yaranan mükəmməl şirniyyat

Ərzaqlar;

•1 biskvit üçün

•1 yumurta

•60 qr şəkər tozu

•110 qr xama

•15 qr kakao tozu

•100 qr un

•20 qr kərə yağı

•1 çay qaşığı qabartma tozu

Bişmiş krem üçün;

•150 qr şəkər tozu

•200 qr kərə yağı

•300 ml süd

•2 yemək qaşığı qarğıdalı nişastası

•1 çay qaşığı vanil

Qatılaşdırılmış südlə olan kremi üçün;

•100 qr kərə yağı

•150 qr qatılaşdırılmış süd

•150 qr yer fıstığı

Hazırlanması;

•Biskvit üçün lazım olacaq ərzaqları hazırlayın

Biskvit üçün istifadə olunacaq qabın diametri 18 sm olmalıdır

•Əgər 24 sm ölçüsündə qab istifadə edəcəksinizsə, ərzaqları 2 dəfə artırın

•Birinci yumurtanı bir qaba qırın və üzərinə şəkər tozu əlavə edin

•Mikserlə bir neçə dəqiqə qarışdırın

•Alınan qarışım biraz köpmüş və açıq rəngli olmalıdır

•Daha sonra xamanı əlavə edib qarışdırın

•Kakao, un və qabartma tozunu birlikdə qarışdırın

•Daha sonra hamısını hazır olan qarışıma əlavə edib, yaxşı qarışdırın

•Kərə yağını əridin

•Biraz soyuduqdan sonra xəmirə əlavə edin

•Bu qarışımı hər tərəfli qarışdırın

•Diametri 18-20 sm olan qabın içini kağızla örtüb xəmiri qaba tökün

•Sobanı 180° qədər qızdırın

•Biskvitimizi 25 dəqiqə bişirin

•Bişdiyini yoxlamaq üçün diş çöpündən istifadə edə bilərsiniz

•Xırda diş çöpünü biskvitə batırıb çıxardın

•Əgər diş çöpü quru olarsa, bu biskvitinizin bişdiyini göstərir

•Eyni qayda ilə tortun ikinci qatını hazırlayın

•Əgər sizin evinizdə göstərdiyimiz diametrdə 2 ədəd qab varsa, hər ikisini eyni vaxtda hazırlayıb bişirə bilərsiniz

•Bunun üçün reseptə qeyd olunan bütün ərzaqlar 2 dəfə artacaq

•Hazır olan biskvitlərinizi dəmir hörgünün üstünə qoyun

•Soyumasını gözləyin

•Biskvitlər soyuyana kimi kremi hazırlayın

•Birinci bişmiş kremi hazırlayın

•Bunun üçün bir qaba 250 ml (50 ml süd ayırıb, kənarda saxlayın) süd tökün

•Südə şəkər tozu və vanili əlavə edin

•Südü qaynayana qədər bişirin

•Süd bişdiyi müddətdə arada bir onu qarışdırın ki, şəkər tozu tam ərisin və dibində qalmasın

•Ayırdığınız südə (50 ml) qarğıdalı nişastasını əlavə edib qarışdırın

•Daha sonra bu qarışımı bişmiş süd olan qazana yavaş-yavaş əlavə edin

•Əlavə edərkən tez-tez qarışdırın

•Daha sonra qarışım tam qatılaşana qədər qaynadın

•Hazır olan bişmiş kremi bir qaba tökün və soyumasını gözləyin

•Kremin üstündə qalın təbəqə yaranmasını istəmirsinizsə, qabın üstünü hər hansı bir plyonka ilə örtün

•Plyonkanın kremə toxunmamasına diqqət edin) ya da kremi tez-tez qarışdırın

•Bişmiş krem soyuyana qədər yağınızı hazırlayın

•Bir qaba yumşalmış kərə yağını tökün və mikserlə qarışdırın

•Yağ tam qarışdıqdan sonra mikseri söndürmədən qarışdırmağa davam edərək buraya bişmiş kremi əlavə edin

•Yağlı bişmiş kremimiz hazırdır

•İndi isə yağlı qatılaşdırılmış süddən hazırlanan kremi hazırlayın

•Bunun üçün yumşaldılmış yağı mikserlə çalın

•Bura qaynadılmış qatılaşdırılmış südü əlavə edin

•Bir-birinə yaxşı qarışana qədər mikserlə qarışdırın

•Qovrulmuş, doğranmış fıstığı kremə əlavə edib, qarışdırın

•Kreminiz hazırdır.

•Biskvitlərin hündürlüyünün eyni olmasını yoxlayın

•Əlavələr varsa, onları səliqəli kəsib, kənara qoyun

•Biskvitləri bişirdiyiniz qaba bir biskviti qoyun

•Onun üzərini birinci bişmiş kremlə örtün

•Üzərindən isə qatılaşdırılmış süddən və fıstıqdan hazırladığımız kremi çəkin

•Üzərinə yenidən bişmiş kremi çəkin və ikinci biskviti qoyun

•Qalan kremə 1 çay qaşığı kakao əlavə edin və yaxşı qarışdırın

•Tortu qabın içindən çıxarı

•Kənarlarını və üzərini şokoladlı kremlə tam bağlayın

•Kənarlarını doğranmış, əzilmiş fıstıqlar tam bağlayın

•Şirniyyat torbasına 2 yemək qaşığı krem qoyun

•Tortun üstünü zövqə görə bəzəyin

Nuş olsun.