Logo

Badımcan kotleti


Lazım olan vəsaitlər:

2 iri badımcan

0,5 kq dana əti

1 baş soğan

3 yumurta – 1-i farş üçün, 2-si isə batırmaq üçün

1 st. suxari

Duz, istiot zövqə görə

Duru yağ qızartmaq üçün

Hazırlanması:


 Əvvəlcə ət soğanla ət maşınından keşirilir. Duz, istiot, 1 yumurta və 2 x.q. suxari ilə qarışdırılır.

Badımcanlar şəkildəki qaydada doğranır və duzlanır.

 

 20-30 dəqiqədən sonra yuyulur və suyu çəkilməyə qoyulur. 

 Badımcanın üzərinə farş qoyulur və əldə forma verilir. Saxlamadan əvvəl yumurtaya, sonra isə suxariyə batırılır.


 Yağ tökülüb qızdırılmış tavada əvvəlcə ətli tərəf, sonra isə digər tərəfi qızardılır.

Qızardılmış badımcan kotletlərini salfetka üzərinə yığmaq lazımdır ki, artıq yağını buraxsın.

     

Nuş olsun!