Logo

Soda ilə Kəpək və Saç tökülməsinə son


Sodanın saçlar üzərindəki təmizlik məntiqi daha çox yağa nüfuz etməsi və yağı həll edərək saçdan uzaqlaşdırması ilə əlaqədardır. Saça ağır və çirkli bir  görünüş verən yağ, sodanın  dövrəyə girməsiylə ortadan qalxar.

Eyni zamanda saçlarda yaranan narahat  edici qoxu da əksəriyyətlə yığılan yağdan qaynaqlanmaqdadır. Bu səbəbdən sodadan istifadə ilə pis qoxunun da önünə keçilmiş olunur.

Həm çox sadə həm də çox təsirli bir üsuldur soda ilə saçınızı təmizləmək ...

Üstəlik çox  adam ticarət şampunlardan sodaya keçdiyində saçının nə qədər daha yaxşı göründüyünü fərq edər.  Şampunda olan zərərli kimyəviməhsullara  məruz qalmaqdan xilas olmaq da  sodanın bir başqa  müsbət tərəfidir.

Kəpəkdən xilas olmanın ən asan yolu da sodadan istifadədir.

Kəpəyə qarşı soda necə istifadə edilir?

1 stəkan ilıq suya 2 xörək qaşığı soda əlavə edin.Qarışdırın.Baş  dərisinə sürtün və yavaşca masaj edin.

2-3 dəqiqə saxlayıb yuyun.

Sodanı şampunla birlikdə də istifadə edə bilərsiniz.

Bitki şampunu istifadə edərək yeniliyə başlayın.Ovcunuza bir az şampun,şampuna 1 çay qaşığı soda əlavə edin.Qarışdırıb şampun kimi istifadə edin.Sodadakı yüksək PH-a qarşı saçınızı alma sirkəsi ilə durulayın.

Bir qaba bir neçə damcı sirkə əlavə edib,saçınızı durulayın.

Həm alma sirkəsi,həm də soda saç tökülməsinin qarşısını alır.Nəticəyə heyran qalacaqsınız.Ancaq unutmayın ki,kəpəklə mübarizə edərkən bu tətbiqi kəpək yox olana qədər davam etdirmək lazımdır.

Soda ilə saç yumaq zərərli ola bilərmi? Zərərli olmasına dair bir məlumata rast gəlinməyib.Bəzi həssas dəriyə malik insanlarda bi az qızartı ola bilər.