Logo

​Yaş keks


 Keks üçün;

4 yumurta 1stəkan şəkər tozu 1 stəkan nişasta 1 stəkan un 3 yemək qaşığı su 2 yemək qaşığı duru yağ 3 yemək qaşığı kakao 1 vanil 1 qabartma tozu

Keks üçün sous;

1 stəkan süd 1 yemək qaşığı nescafe 2 yemək qaşığı şəkər tozu

Kakaolu sous üçün;

•2 yemək qaşığı duru yağ (50 ml) •1 stəkan süd •1 stəkan su •3 yemək qaşığı kakao •1 yemək qaşığı un •½ stəkan şəkər tozu

Hazırlanması;

•Yumurta və şəkəri bir qaba qoyub mikserlə yaxşı çalın

•Yağ və suyu əlavə edin

•Biraz sonra isə un, nişasta, kakao, vanil, qabartmanı ələyərək qarışıma əlavə edin

•Biraz da çaldıqdan sonra qaba töküb əvvəlcədən isidilmiş 180° sobada bişirin

•Sobanı ilk yarım saat ərzində açmayın ki keks qabara bilsin

•Keksin bişdiyindən əmin olduqda onu sobadan çıxardın

•Bıcaqla xəmir olub olmamasın yoxladıqdan sonra qoyun soyusun

•Bıcaq ilə üstünə deşiklər açıb keks sousun qaşıqla hər tərəfinə tökün

•Kakaolo sous üçün nəzərdə tutulan süd, şəkər tozu, un, kakao, suyu qarışdırın

•Şəkər tozu tamamilə əriyənə kimi və sous qatılaşana kimi bişirin

•Sonra yağı içinə atın qazdan alın

•Kakaolu sousu keksin üzərinə töküb dilimlərə bölə bilərsiniz

Nuş olsun.