Logo

Dırnaq əti üçün maska


Duşdan sonra yumşalan dırnaq ətləri, manikür iş olduqca asanlaşdırır. Manikür asanlaşdıran üsulu sizə təqdim edirik.

Lazım olan məhsullar

- 1 çay qaşığı zeytun yağı

- 1 çay qaşığı aloe vera jeli

- 1 çay qaşığı limon suyu

Hazırlanması:

Bütün ərzaqları 1 qabın içində qarışdırın və bu qarışımı dırnaq ətlərinizə çəkin. 5 dəqiqə qədər masaj edərək dırnaq ətlərinizin bu qarışımı əmməsini gözləyin. Əllərinizi isti su ilə yuyub nəmləndirici çəkin.