Logo

İşgüzar qadının qarderobu necə olmalıdır?


 İş yoldaşlarınız və rəhbərliyin gözündə daha ciddi və peşəkar görüntü əldə etmək üçün düzgün kombinlər etməlisiniz.

 İş qadınlarının istifadə edə biləcəyi dəbli geyimləri təqdim edirik

Pencək

Hər bir işləyən xanımın qarderobunda ən az 3 rəngdə pencək olmalıdır. Blazer də adlanan bu pencəklər həm rahat və sadədir, həm də bütün stillərə uyğunlaşa bilir.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Klassik, qara libas

Nə həddindən artıq dar, nə də həddindən artıq geniş olmayan qara donlar sizin üçün ideal seçimdir.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Dəbdəbəli qol saatı

İstər klassik don, istərsə də idman stilində geyinin, doğru aksessuar sizi olduğunuzdan daha cəlbedici və dəbdəbəli göstərəcək. Xüsusilə, qolunuzda saat olması, sizi həm zərif, həm də vaxtının dəyərini bilən biri olaraq təqdim edəcək.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Düz kəsim şalvar

Bu gün nə geyinəcəyinizə qərar verə bilmirsiniz. Buna görə də xilasedici bir paltar axtarırsınız. Belə zamanlarda düz kəsim şalvarlar sizin köməyinizə çatacaq. Qarderobunuzda ən az 2 cüt qara, 2 cüt neytral tonlar olmalıdır. Həm köynəklərinizlə rahat kombinasiya olacaq, həm də istər dikdaban, istərsə də babet ayaqqabılarınıza yaraşacaq.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Dikdaban ayaqqabı

Hər iş qadınının pudra və ya krem rəngindəki dikdaban ayaqqabılara ehtiyacı var. Dikdabanları alarkən onların hündürlüyünün deyil, rahatlığının və rənginin əsas olduğunu unutmayın.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Dəri çanta

Ofis çantası üçün material seçiminiz keyfiyyətli dərilərdən yana olmalıdır. Xarici görüntüsü ilə sizə zəriflik qatacaq çantaların içi də önəmlidir. Onun içinə planşet, telefon, pul qabı, açar, dəftər kimi bir sıra ləvazimatları düzgün şəkildə qoya bilməlisiniz. Buna görə də, içində çox cibi olan çantalara üstünlük verin.

İşgüzar qadının qarderobu necə olmalıdır?

Plaş

Son olaraq plaşları qeyd etmək istərdik. Demək olar ki, bütün stillərə yaraşan və heç vaxt dəbdən düşməyən plaş modelləri hər iş qadınının qarderobunda olmalıdır. Bütün kombinlərə yaraşa bilməsi üçün, neytral tonlarda plaş seçməyiniz məsləhətdir.

( Qadın.Net )