Logo

Saç tökülməsinin qarşısını alan 4 yol


Çox su için

Su təkcə bədən üçün deyil, saç üçün də faydalıdır. Bədənin susuz qalması saç tökülməsinə səbəb ola bilər. Kifayət qədər su içməsəniz, saç tökülməsi ilə üzləşə bilərsiniz.

Soğan suyuna etibar edin

Saça və saç dərisinə soğan suyu vurmaq saç böyüməsinə kömək edəcək. Keratin və kollajen istehsalını və saç köklərinə qan dövranını artırır. Bu təbii dərman eyni zamanda itən parlaqlığı geri qazandırır. 

Yaşıl çay ilə yuyun 

Yaşıl çayın faydasını bilməyən yoxdur. Yaşıl çay saçlarınböyüməsinə kömək edir. Yaşıl çayla saçlarınızı həftədə 2 dəfə və ya 3 dəfə yuyun. Antioksidantlar və yaşılçayda olan vitaminlər saçınızı yumşaldır və saç köklərini gücləndirir.

Baş dərisinə masaj edin

Başınıza arada masaj  etmək, saç böyüməsini təşviq edir. Barmaq hərəkətləri baş dərisindəki qan axışını artırır.