Logo

Soğan suyu ilə saç uzatma


Soğan suyu, saç tökülməsinin qarşısını alaraq yeni saç çıxmasına kömək edər. Ağ saçların çıxmasına mane olmaq istəyənlər soğan suyundan istifadə edə bilər. Saçın sürətli uzanmasına kömək edir. Soğanın tərkibindəki dəmir və kükürd saç dərisindəki qan dövranını artırır. Artan qan dövranı isə saçın çox sürətli uzanmasına kömək edir.

Soğan suyu necə hazırlanır?

1-ci üsul

- 1 litr su qaynadın. Dörd ədəd soğanın qabıqlarını soyun və doğrayın. Qaynar suyun içinə doğradığınız soğanları əlavə edərək 10 dəqiqə daha qaynadın. Yuduğunuz saçlarınızı soğan suyu ilə durulayın. Ertəsi günə qədər saçlarınızı bir daha yumayın. Sabahı gün 2 saat sonra saçınızı yenidən yuya bilərsiniz.

2-ci üsul

- 2 ədəd soğanı sok maşından keçirin. Bu suyu saç dərinizə masaj edin. Bir saat saçlarınızda saxladıqdan sonra saçlarınıza masaj edərək yuyun.