Logo

Cana dərman KÖK şorbası


Bol vitaminli, uşaqlarda beyin, sümük, boy üçün vacibli, qadınlar üçün gözəllik, cavanlıq mənbəyi kökdən dadlı krem-şorba bişirmək üçün cəmi 20 dəqiqə vaxt lazım olacaq.

İnce.Az medicina.az-a istinadən resepti təqdim edir:

Ərzaqlar:

Təzə kök - 6 ədəd
Su - 100 ml
Portağal  şirəsi - 100 ml
Qaymaq - 1 ç.q
Duz, keşniş üyüdülmüşü

Hazırlanması:

Kök təmizlənib, çox da iri olmayan tikələrə doğranılır. 
Tavanı isidib, kökü qaymaqda 3-4 dəqiqə bişirin. 

Sonra kök qazana qoyulub, üzərinə 100ml su alınır. Yumşalana kimi bişirilir. Bişənə yaxın duz, keşniş, portağal şirəsi əlavə edilir. Ocaqdan götürüb qarışdırılır. Bir az soyudulub, blenderdən keçirilir. 

Krem-şorbanı göyərti ilə bəzəyə, suxariklə süfrəyə verə bilərsiniz.