Logo

Cəmi 3 ərzaqla, 20 dəqiqədə hazır olan MÖHTƏŞƏM tort


Kisel tərkibli piroq, xəbərsiz gələn qonağın qarşısında sizi xilas edəcək. AzadQadin.az qonaqları gözəl zahiri görünüşü və möhtəşəm dadı ilə sevindirəcək resept təqdim edir.  Elə qısa müddətə və cəmi 3 ərzaqla hazır olacaq ki, heç kim gözlərinə inanmayacaq. 

Hazır piroqun rəngi  kiseldən asılı olacaq: çiyələkli, albalılı və ya moruqlu kisel götürməyi məsləhət görürük.

İnqrediyentlər:
Kisel 250qr
Yumurta 3 ədəd
Un 3 xörək qaşığı 
Qabartma tozu 10 qr.

Hazırlanması:
Unu, qabartma tozunu və kiseli qarışdırın
Ayrı qabda  yumurtaları mikserlə çalın. Qarışdıraraq, quru qarışığa yumurta kütləsini tökün. Eyni kütlə alınana qədər diqqətlə qarışdırın.
Yağlanmış və un səpilmiş formaya tökün. 200 dərəcədə 20 dəqiqə bişirin, sonra formadan çıxarın, təmiz dəsmalla örtün və 10 dəqiqədə soyudun.
Piroqu sadə şəkildə çayla serviz edə bilərsiniz və ya biskviti 2 hissəyə ayırıb  kremlə, cemlə də hazırlaya bilərsiniz. Tort üçün əla biskvitdir.