Logo

Qeyri-adi və çox dadlı 2 cür kotlet resepti - FOTO


Satsebeli souslu quzu kabab
Tərkibi:
Quzu qiyməsi – 900 qram
Quyruq yağı – 150 qram
İstiot – 20 qram
Zəncəfil – 20 qram
Kişniş yarpağı – 20 qram
Nanə - 15 qram
Dəfnə yarpağı – 1 qram
Hil – 8 qram
Soğan (xırda doğranmış) – 100 qram
Hazırlanma qaydası:
Qiymə hazırlamaq üçün hər şey qarışdırılır. Hazır olan qiymədən lülə formasında kotletlər hazırlayıb onu ya qrildə, ya tavada ya da ki, sobada 5-7 dəqiqə bişirmək lazımdır. Sous üçün sarımsaqları soyub pomidor, keşniş, zeytun yağı ilə blenderdən keçirirsən. Duzu da zövqə görə əlavə edirsən. Qeyd edək ki, bu resept 2 nəfərlikdir və tam olaraq 50 dəqiqəyə hazır olur.

Hamburger steyk 

Tərkibi:
Yumşaq mal əti – 800 qram
Vorçester sousu – 2-3 xörək qaşığı
Qara istiot
Bolqar bibəri – 500 qram
Çili istiotu – 50 qram
Şəkər – 250 qram
Limon şirəsi  - 30 ml
Hazırlanma qaydası:
Əvvəlcə ətləri kub-kub doğrayırsan, sonra üzərinə şirin və qara istiot, vorçester sosusu əlavə et. Hər şeyi qarışdır və 1 saat qoy dinlənsin. Ət dadlandırıcı ədviyyatlar əlavə etdikdən sonra 5 ədəd küftələr düzəlt.  Tavaya zeytun yağı əlavə etdikdən sonra kotletləri qızart. Qarnirdə isə xiyar, pomidor və turpdan "Aysberq” salatı hazırlaya bilərsən. Qeyd edək ki, tam şəkildə 2 saata hazır olur və 1 nəfərlikdir