Logo

Sürətlə arıqladan şorba resepti


Oxucularımızın xahişi ilə piy yandırıcı tərkibdə arıqladıcı şorbalar təqdim edirik. Yaz gəlir, şorba ye, əziyyətsiz arıqla…. Soğan bulyonunda gül kələmi şorbası. 

Ərzaqlar:
Pomidor – 3 ədəd
Kərəviz – 1 ədəd
Yaşıl kərəviz– 1 ədəd 
Soğan – 3ədəd
Gül kələm – 1 ədəd
Duz, ədviyya

Hazırlanması:
Soğanlar soyulur, yalnız biri doğranılır, qalanı bütöv qalmalıdır. Qazana 2 litr su alıb, qaynadın və soğanları bura atıb, 10 dəqiqə bişirin. Sonra bütöv soğanları sudan çıxarıb atın, qazana kərəviz kökü və yarpaqlarını doğrayıb qatın. 10 dəqiqə bişirib, 4 yerə bölünmüş pomidorlar əlavə olunub, daha 7 dəqiqə bişirilir.
Gül kələminin gül hissələri ayrılıb, suyun altında yaxalanır, qazana tökülür, duz, istiot, zövqünüzə uyğun ədviyyatlar qatıb, hazır olana kimi 15 dəqiqə bişirilir. Bu şorbanı gün ərzində 2-3 dəfə yeyə bilərsiz.