Logo

Fincanda toyuq kolbasası resepti


Bu dietik ev şəraitində hazırlanmış kolbasanı, hətta körpə uşağa belə yedizdirmək olar.

Qadin.az bildirir ki, toyuğun döş ətindən hazırlanır, çox asan və pratikdir.

Ərzaqlar:
500 qr. soyuq filesi
400 qr. süd
1 yumurta
2 x.q qida nişastası
5 diş sarmısaq
2 ç.q . duz
0, 5 ç.q. şəkər tozu
0, 3 ç.q. qara istiot
0, 3 ç.q. muskat qozu
0, 3 ç.q. kardamon

Hazırlanması:

 Fileni doğrayın, blendrdən keçırın. Tam yumşaq kütlə olanda, hissə-hissə süd əlavə edin.Ədviyyatları, duzu, şəkər tozu, nişastanı əlavə edin. Daha sonra yumurta və xırdalanmış sarımsağı qatıb yaxşıca qarışdırın. ağ kütlə alınacaq. Fincanları yağlayın,  4/5 hissəsini farşla doldurun və qida selofanı ilə sarıyın.Böyük qazana su doldurun, altda dəsmal qoyun ki fincanlar odla çox da təmas etməsin (partlaya bilər), su bir az qızandan sonra farşla doldurulmuş fincanları yerləşdirin.Elə etmək lazimdır ki, su fincanların yarısından olsun. 40 dəqiqə vam odda bişirin.Ocaqdan götürün fincanlar soyuyandan sonra, kolbasanı çıxara bilərsiniz.

Ekperimentdən çəkinməyin farşa istədiyiniz ərzağı qata bilərsiniz: pendir, göyərti, göbələk, rəngli bibərlər, zeytun...

 Qeyd: Süfrəyə verilməmişdən öncə yüngül qızarda da bilərsiniz.