Logo

Hazırlanması da bişirməsi də çox rahat ponçiklər, sadəcə 20 dəqiqədə hazırlanır


Hazırlanması da bişirməsi də çox rahat, özəlliklə səhər yeməklərinin ləzzəti olan bu ponçiklər sadəcə 20 dəqiqədə hazırlanır

Ərzaqlar; 

•1 yumurta
•1 stəkan qatıq
•1/2 armudu stəkan duru yağ
•1.5 dolu olmayan çay qaşığı duz
•1 qabartma tozu
•3.5 stəkan un

Hazırlanması;

•Yumurtanı dərin bir qaba qoyub üstünə duru yağ, qatıq, duz, qabartma tozu və un əlavə edib yoğurun 
•Ələ yapışmayan bir xəmir olmalıdır
•Hazırladığınız xəmiri 5 parçaya ayırın
•Hər bir xəmiri çox az unlanmış masada boşqab böyüklüyündə açın
•Açdığınız xəmiri bir bıçaq ilə kvadrat kəsin 
•Qızdırdığınız qazanda hər iki tərəfləri də qızarana kimi bişirin

Qeyd

•Qazan nə qədər dərin və nə qədər bol yağlı olarsa, xəmirləriniz o qədər çox qabaracaqdır. Xəmirləri qızartmağa başladıqda yağınız isti olmalıdır.