Logo

Olduqca asan hazırlanan məşhur “İslak kek” resepti


İnce.Az Azadqadin.az-a istinadən oxucularına olduqca asan hazırlanan dadlı “ıslak kek” reseptini təqdim edir.

Tərkibi 
3 ədəd yumrta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan günəbaxan yağı 
2 xörək qaşığı kakao
1 paket vanil 
1.5    stəkan un
1 paket qabartma tozu
Kekin qabını yağlamaq üçün 1 xörək qaşığı kərə yağı

Sos üçün:

1 stəkan süd
1,5 xörək qaşığı kakao
½ stəkan şəkər tozu 
1 xörək qaşığı duru yağ
1 çimdik duz 

Hazırlanma qaydası: 
Dərin qabda yumurta və şəkər tozunu şəkər tozu əriyib krema halına gələnə qədər çırpın. 
Sonra içərisinə südü, duru yağı və vanilini qoyub təkrar qarışdırın. Topa topa qalmaması üçün kakao, qabartma tozu və unu ələyib son dəfə qarışdırın. Yağlanmış istiyə davamlı qabın içərisinə qarışığı tökün və əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 30 dəq müddətində bişirin. Keki islatmaq üçün başqa bir qazanda su, süd, duru yağ, şəkər tozu, kakao və çimdik duzu qarışdırın və qaynadıb ocaqdan götürün. Sobadan çıxan kekin üzərinə sosu tökün və canına çəkməsini gözləyin. Sosunu canına çəkəndən sonra dilimləyin və yumşaq kekin dadından həzz alın. Nuş olsun 

Qeyd: Kekinizin daha yaxşı qabarması üçün içərisinə 2-3 damla limon suyu əlavə edə bilərsiniz.