Logo

3 rəngli zebra tortu


Ərzaqlar

4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2 stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu 
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu
1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.
2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.
3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.
4. Alınan qarışığı üç eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao,digərinə də qida boyası tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.
5. Sobanı 180˚C-dək qızdırın.35-40 dəqiqə bişirin.