Logo

Bu, indiyə kimi yediyiniz ən dadlı blinçik resepti olacaq!


Ərzaqlar:

Un – 250 qr.

Süd – 250 ml.

Yumurta – 1 ədəd

Qazlı su – 60 ml.

Bitki yağı – 2 x.q.

Duz – ¼ ç.q.

Vanilin (yalnız şirin blinçiklər üçün).

 Hazırlanması:
Bir qaba südü tökürük, üzərinə duz, yumurta, un əlavə edirik və yaxşıca qarışdırırıq. 10 dəqiqə bir kənarda saxlayırıq. Sonra qazlı suyu, bitki yağını da tökürük, qarışdırırıq. Dərhal da tavada 2 üzünü qızardırıq. Nuş olsun!