Logo

Evdə pizza hazırlayırsız, lakin xəmiri istədiyiniz kimi alınmır?


Tərkibi

Sizə maraqlı gələ bilər ki, ev şəraitində pizza xəmirini necə hazırlamaq olar.

Paketləşdirilmiş pizza xəmiri almağınıza ehtiyac yoxdur.

Aşağıdakı resept ilə 3 ədəd orta ölçülü pizza xəmiri hazırlaya bilərsiniz.

İnqridientlər:

1/2 fincan ilıq süd

1/4 ç.q maya

1/4 stəkan su, otaq temperaturunda

4 yemək qaşığı zeytun yağı

4 stəkan yaxud 620 qram un

 1/2 ç.q duz

Hazırlanması:

1. İlıq su və mayanı orta ölçülü bir kasaya töküb yaxşıca qarışdırın. Bir neçə dəqiqə mayanın şişib aktiv hala gəlməsini gözləyin. Əgər maya qalxmazsa bu prosesi yenidən təkrar edin. Çünki xəmir üçün aktiv maya lazımdır. Daha sonra otaq temperaturundakı su və yağı bu qarışıma əlavə edib qarışdırın.

2. Bir qaba un və duzu əlavə edib qarışdırın. Maya su və zeytun yağını da əlavə edib qarışdırmağa davam. Xəmir hamar və elastik olana qədər qarışdırmağa davam edin. Xəmir hazır olduqdan sonra dərhal istifadə etməyiniz məsləhət deyil, çünki bu zaman xəmir yapışqan olacaq. Onu bir qaba qoyub üzərini selofanla örtün və təqribən 2 saat qalxmasını gözləyin. Bu zaman xəmirin bərkliyi də artacaq. Əgər xəmirinizi dondurucuya qoymaq istəyirsinizsə, onda xəmirin unlu hissəsini çevirin yoğurun

3.Və xəmirin üzərini selofanla yaxşıca örtüb dondurucuya qoyun. Xəmiri dondurucuya qoyarkən onun qalxmasını gözləməyin. Onu dondurucudan çıxararkən qalxması üçün təqribən 15 dəqiqə saxlaya bilərsiniz.