Logo

Hindistan qozlu şokoladlı tort


Tərkibi:

Keks üçün:

3 ədəd yumurta

yarım su st şəkər

3 y/q dolusu un

2 y/q kakao

yarım paket qabartma tozu

 Kremi üçün:

1 paket krem şanti

2 y/q pudra şəkəri 

təxminən 2 su st hindistan qozu

Üstü üçün:

1 paket krem

1 paket bitter və ya südlü şokolad

Kek bişdikdən sonra islatmaq üçün 1 çay st soyuq süd 

Hazırlanması:

Keks üçün yumurta və şəkəri 3-4 dəqiqə çırpın. Quru ərzaqları əlavə edərək mikserlə çırpın.

24 smlik yuvarlaq qəlibə qarışımı tökün. Altına bişirmə kağızı qoyun və ya yağlayın.

170 dərəcədə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə bişirin.

Bıçaqla ortasına batırın təmiz çıxarsa, keksi sobadan çıxarın və soyudun.

Keksi çöp və ya kürdanla dəlin. Soyuq südü üstünə tökün.

Krem üçün krem şantini üstündə yazılmış süd miqdarına görə çırpın. İçinə pudra şəkərini və hindistan qozunu əlavə edin. 

Kremi kekin üstünə əlavə edin və yayın.

Daha sonra şokolad ilə kremi benmari üsulu əridin.

Otaq istiliyində olduqda tortun üstünə şokoladı tökün.

Soyuducuda saxlayın və soyuq servis edin.