Logo

Soyuq ayran şorbası


Ərzaqlar:

1 stəkan yarma və ya buğda 

1 stəkan noxud

4 stəkan qatıq

Duz

Su

Nanə

Hazırlanması :

Yarma və noxudu ayrı-ayrı qablarda gecədən isladın. Səhər onları sularını süzüb yenə ayrı qablarda üzərinə su alıb qaynadın.Noxud və yarma bişdikdən sonra bu dəfə eyni qazanda qarışdırıb suda qaynadın. Onlar hazır olduqdan sonra soyumasını gözləyin qatığa bir qədər duz və su əlavə edib ayran halına salın və onu da qazana əlavə edin. Qazananın altını yenidən yandırıb şorbanın qaynara düşməsini gözləyin. Qaynara düşdükdə qazanın altını söndürün və quru nanə əlavə edin. Bu şorba soyuq halda yeyilir.

Əgər buğda və ya yarmadan xoşunuz gəlmirsə onların yerinə düyüdən də istifadə edə bilərsiz.