Logo

Evdə hazırlanan təbii əl kremləri


Badam və Hidistan qozu yağı ilə əl kremi

120 ml şirin badam yağı

60 ml hindistan qozu yağı

60 qram arı mumu

2 y/q shea yağı

Bir qazanın içinə su əlavə edin, su dolu qazana şüşə kasa yerləşdirin, aşağı dərəcədə qazı yandırın. Qabın içinə badam yağı, hindistan qozu yağı, arı mumu və shea yağı əlavə edin. Ərzaqları qarışdırın. Qaynamağa başladıqdan sonra götürün. Qarışımı saxlamaq istədiyiniz qaba tökün və soyumağa qoyun. 

Kakao yağı ilə əl kremi

1 y/q kakao yağı

1 orta boy portağa suyu

1 ç/q zeytun yağı

1 ç/q E vitamini yağı

Qazana su əlavə edin, içinə şüşə kasa yerləşdirin. Şüşə qaba portağal suyu, kakao yağı və E vitamini yağı, zeytun yağı əlavə edib qarışdırın. Yağlar yaxşıca əriyənə qədər qaynadın. Qaynadıqdan sonra qazın üstündən götürün. Kremi soyuduqdan sonra istifadə edə bilərsiniz.