Logo

Hamilə qalma şansını artıran qidalar


Hamilə qalma şansınızı aşağıdakı qidalarla artıra bilərsiniz.

Omega 3: Omeqa3 ilə zəngin olan qidalar ( badam, fındıq, qoz, balıq) qadınlarda yumurtalığın keyfiyyətini artırır, hamilə qalma şansını artırır, körpənin zəka inkişafına kömək edir.

Su: Oksigen baxımından zəngin olan su qan dövranını artıraraq yumurtalığa çatmasına kömək edir.

Kafein: Kafein tərkibli qidalar (qəhvə, çay, bitki çayları, şokolad) qəbul edilərkən miqdarına diqqət etmək lazımdır.

Siqaret və alkoqol: Siqaret və alkoqol qəbulu azaldılmalıdır, siqaret və alkoqol hamilə qalma şansını azaldır.

Antioksidant tərkibi yüksə olan qidalar: Bu qidalar ( yaşıl yarpaqlı tərəvəzlər, nar, qırmızı ərik, portağal, mandalin) yumurtalığın sağlamlığını artırır.

Bitki yağları: Bitki yağları (zeytun yağı, hindistan qozu yağı, avokado yağı)  hamilə qalmaq istəyənlər tərəfindən mütləq qəbul edilməlidir.

Yumurta: E vitamini ilə zəngin olan yumurta hamilə qalma şansını artırır.

Mütəxəssis Köşkeroğlu bu qidaları belə qəbul etməyi tövsiyə edir:

Səhər yeməyində 1-2 ədəd yumurta, günlük kafein miqdarını 300 mq-ın altında tutataq, 2-3 fincan sadə qəhvə, 5-6 stəkan çaydan çox içməmək, günorta və axşam yeməklərində zeytun yağı ilə hamilə qalma şansını artıra bilərsiniz.