Logo

İspanaqlı keks


Tərkibi:

1 su st süd

3 ədəd yumurta

yarım su st zeytun yağı

1 su st şəkər

istəyə görə 1 və ya 2 ədəd vanil

1 paket qabartma tozu

1 ədəd "damla saqqızı" (saqqız ağacından əldə edilir)

250 qram qaynadılmış ispanaq

Üstü üçün

1 yarım su st soyuq süd

2 paket krem şanti

Hazırlanması:

Qabda 1 su stəkan şəkəri və 3 yumurtanı ağ olana qədər çırpmağa davam edin. Sonra zeytun yağı əlavə edib çırpmağa davam edin.

Qaynadılmış ispanakları, südü və damla saqqızı blenderdən keçirin. Sonra bu qarışımı digər qarışımla qarışdırın.

Əlavə etdikdən sonra qarışdırın. İçinə qabartma tozu, vanil və un əlavə edərək çırpıb qarışdırmağa davam edin.

Bir listə yağlı kağız sərin bütün ərzağı əlavə edib yaxşıca yayın. Sobada 175 dərəcədə təxminən 40 dəqiqə bişirin. 

Kekin üstü üçün olan süd və krem şantini yaxşıca çırpın. Sonra soyuması üçün şkafa qoyun. 

Keks bişdikdən sonra sobadan çıxarın və soyuması üçün bir kənarda saxlayın. Soyuyan keksi tərsinə çevirərək hazırladığınız krem şantini üstünə yaxşıca yayın. Sonra 1 saat soyuducuda saxlayıb servis edin.