Logo

Makiyajsız canlı görünməyin yolları


Dərinizi gündə 2 dəfə təmizləyin

Dərini gecə ərzində yığılan yağlardan təmizləyin. Gecə yatmadan əvvəl isə gün boyu yığılan toz və çirklərdən təmizləyin. Səhər və axşam olmaq üzrə dərini gündə 2 dəfə təmizləyin.

Mütləq nəmləndiricidən istifadə edin

Qış mövsümünün gəlməsi ilə dəri qurumağa başlayır. Dərini zərərli faktorlardan qoruyan nəmləndiricilərdən istifadə etməyi unutmayın.

Maye qəbulunu artırın və dərini susuz qoymayın

Dərini təbii yolla nəmləndirməyin tək yolu su içməkdən keçir. Günlük təxmini olaraq 8-10 stəkan su qəbulu, dərinin sağlamlığını qoruyur və gözəlləşdirir. Susuz qalan dəridə qırışlar və çatlar meydana gəlir.

Gündə 7-8 saat yatmağa çalışın

Yuxusuzluq dəriyə mənfi təsir edir. Yuxu rejiminə diqqət edin. Gündə 8 saat yatmağa çalışın. Dincələn hüceyrələr işlərini daha rahat yerinə yetirirlər.