Logo

Pendirli kek


Tərkibi:

 3 ədəd yumurta

1 su st sürtgəcdən keçirilmiş ağ pendir

1 su stəkanından 1 barmaq az qatıq

3 y/q zeytun yağı

1 su st un

2 şaxə cəfəri

2 şaxə şüyüd

1 paket qabartma tozu

1 ç/q duz

 Hazırlanması:

Dərin qabın içinə yumurta əlavə edin. Mikserlə 3 dəqiqə çırpın. 

Üstünə 1 su stəkanından 1 barmaq az qatıq və 3 yemək qaşığı zeytun yağı qoyub yenidən çırpın.

Daha sonra 1 su st sürtgəcdən keçirilmiş ağ pendir, 1 çay qaşığı duz, 1 paket qabartma tozu, cəfəri və şüyüdü əlavə edib qarışdırın.

Son olaraq unu az-az qoyub, qarışdırın.

Digər tərəfdən tavanı yağlayıb isidin.

Hazırladığınız pendirli göyərtili kek qarışımını tavanın içinə töküb yayın. 

Tavanın qapağını bağlayın. Əvvəlcə 1 dəqiqə yüksək atəş üzərində daha sonra aşağı dərəcədə bişirin.

Ara-ara qabağında yaranan nəmi quru dəsmalla silin.

Daha sonra kekinizin qabarıb, kənarları qızarmağa başladığı vaxt boşqab üstünə tərs çevirin.

Digər tərəfi də aşağı dərəcədə bişirin.

Pendirli tava keki bişdikdən sonra qazın üstündən götürün. Dilimləyib, isti və ya ilıq olaraq servis edə bilərsiniz.