Logo

Albalı ilə çox sadə və dadlı piroq


Məhsullar: 
- yarım kq albalı 
- 150 qr kərə yağı 
- 1 stəkan şəkər tozu 
- 4 iri yumurta 
- 200 qr un 
- 1 çimdik duz 
- 1 ç.q. qabartma tozu 
- vanilin 
Hazırlanması: 
Albalını yuyun, çəyirdəklərini çıxardın. 
Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə çalın. 
Duz əlavə edin, bir-bir yumurta əlavə edin, hər dəfə yaxşı çalın. 
Unu qabartma tozu ilə birlikdə ələyin, hissə-hissə xəmirə əlavə edin, çalın. 
Sobanı 180 C qədər qızıdırın. 
Formaya kərə yağı çəkin, un səpin, xəmir tökün, üzərinə albalını düzün. 
Albalının üzərinə 1-2 x.q. şəkər tozu səpin. 
Piroqu təxminən 40-45 dəq. bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. 
Piroqu soyudun, üzərinə pudra səpin. 
Nuş olsun!