Logo

Kartof dolması yemisiniz? - FƏRQLİ DAD


Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, "3 bacı" dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı. Bəs heç kartof dolması yemisiniz?
Bu dəfə sizə fərqli kartof dolmasının reseptini veririk.  
Ərzaqlar:
6 ədəd kartof
Qızartmaq üçün duru yağ
200 qram az yağlı qıyma
2 xörək qaşığı zeytun yağı 
1 ədəd soğan 
2 diş sarımsaq 
1 çay qaşığı pomidor tomatı
1 çay qaşığı istiot
Duz 
Servis üçün: 
Nanə qurusu
Qırmızı istiot
Hazırlanması:
Kartofların içini oyun və duru yağda qızardın. Qıymanı, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığınız içliyi kartofların içinə yığın. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin.
Nuş olsun!