Logo

Dadlı və tutumlu salat: Quş yuvası


İnce.Az AzaDqadın.az-a istinadən salatdan çox yeməyi xatırladan qeyri-adi resept təqdim edir. Quş yuvası salatı bayram süfrələrinizin bəzəyi olacaq.

Ərzaqlar:

200 qr toyuq filesi

100 qr vetçina

100 qr göbələk konservi

3 ədəd yumurta ağı

3 ədəd kartof

duz

istiot

mayonez

Yumurtaları üçün:

3 ədəd yumurta sarısı

1 ərinmiş pendir

şüyüd

1 diş sarımsaq

mayonez

Hazırlanması:

3 ədəd yumurtanı və toyuq filesini suda bişirin. Kartofun qabığını soyun və samanvari doğrayın (və ya rəndələyin). Bol yağda hər tərəfli qızılı rəng alanadək qızardın.

Bişmiş toyuq filesini əllərinizlə kiçik tikələrə bölün. Vetçinanı samanvari doğrayın, göbələkləri yarımhalqa doğrayın. Rəndənin iri gözündən bişmiş yumurta ağlarını keçirin. Bir qabda toyuq filesi, vetçina, göbələk və yumurta ağlarını qarışdırın. Duz, istiot vurub mayonez yaxın.