Logo

Detoks diyeti nədir?


Detoks, bədənimizə müxtəlif yollarla girən və artıq maddə olaraq bədəndən atılmağı gözləyən, zərərli toksitlərdən qurtulmaqdır. Detoks diyetində bədəndəki toksitlər atılır. Bunu gerçəkləşdirmək üçün də detoks diyeti müddətində qırmızı ət, balıq, süd, süd məhsulları, çörək və taxıllı məhsullar kəsinliklə yeməmək lazımdır. Bunların yerinə təzə tərəvəz və meyvələr yemək tövsiyyə olunur. Detoks diyetinin faydaları nələrdir? Detoks diyeti; bağırsaq və həzm sisteminin rahatlaşması, gəncləşdirmə, çəki itirmə kimi təsirləri var. Detoksa ehtiyacınız olduğunu göstərən əlamətlər: Baş ağrıları, kürək və bel ağrıları, tez-tez soyuqdəymə keçirmək, yorğunluq, əzələ ağrıları, burun qaşıntısı, öskürmə, dəri xəstəlikləri, yuxulu olmaq, dəridə qızarıqlıq, immunitetdə yavaşlama, baş dönməsi, həzmsizlik, boyun tutulması, dəyişkən ruh halı, anoreksiya, ağız qoxusu, depressiya, qəbzlik və s. Detoks diyeti necə edilir? Detoks diyetini hər ay nizamlı olaraq tətbiq edən insanlar var. Bu təmizlənmə kimi bir şeydir, uzun müddətli edilən bir diyet növü deyildir. Xüsusi olaraq tətbiq edilməli və nəzarət edilməlidir. Detoks suyunun hazırlanması Növbəti yazılarımızda detoks haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz, bizi izləməyə davam etmək üçün bildirişləri aktivləşdirin.