Logo

Hansı dodaq, hansı qələmdən, necə istifadə etməlidir?


Makiyajın ən önəmli detalı dodaq boyasıdır. Düzgün dodaq boyası üçün ilk öncə dodaqlarınızı tanımalısınız.

Əgər incə dodaqlara sahibsinizsə,
Dodaq cizgilərinizin xaricinə dodaq qələmi ilə bir xətt çəkin. Dodaq qələmi ilə eyni rəngdə bir pomada ilə içini doldurun. Açıq rəngli işıltılı pomada və parladıcılardan istifadə edin.

Əgər dodağınızın alt hissəsi incədirsə,
Alt dodağınızın xaricindən dodaq qələmi ilə bir xətt çəkərək alt dodağınızla, üst dodağınızı eyniləşdirin. Dodaq qələmi ilə bənzər rəngdə bir pomada ilə içini doldurun. Alt dodağınıza açıq və parlaq rəngdə bir dodaq boyası, üst dodağınıza isə bir ton bağlı rəng tətbiq edin.

Əgər dodağınızın üst hissəsi incədirsə,
Üst dodağınızın ətrafına dodaq qələmi ilə bir xətt çəkərək ,alt dodağınızla eyniləşdirin. Dodaq qələmi ilə bənzər rəngdə bir dodaq boyası ilə içini doldurun. Üst dodağınıza açıq və parlaq, alt dodağınıza isə üst dodağınıza tətbiq etdiyiniz rəngin bir ton bağlısını vurun.

Əgər dolğun dodaqlara sahibsinizsə,
Dəri rənginizə uyğun bir tonal krem ilə dodaq xəttinizi yumşaldın. Dodaq ətrafında, dodaq qələmi ilə bir çərçivə yaradın. Dodaq qələmi ilə bənzər rəngdə bir pomada ilə çərçivənin içini doldurun. Tünd rəngli, mat pomadalardan istifadə edin.