Logo

Kartoflu mantı


Vəsaitlər:

5-6 ədəd kartof 

Cəfəri

1 kasa qatıq

3 diş sarımsaq

1 çay qaşığı tomat pastası

Hazırlanma qaydası:

Kartofları yaxşıca yuyun və qaynatmaq üçün qazana qoyun. Qaynadıldıqdan sonra qabığını soyaraq yaxşıca əzin. Əzmək üçün çəngəl istifadə edə bilərsiniz. Daha sonra kartofların içinə doğranmış keşniş əlavə edin. İstəyə görə istiot, qırmızı bibər və duz əlavə edin. Yaxşıca qarışdırın. Qoz böyüklüyündə parçalar alaraq stəkan şəklində şəkilləndirin. Başqa bir qabda qatığın içərisinə əzilmiş sarımsaqları əlavə edin və qarışdırın. Kartofların içini qatıq ilə doldurun. Tavada kərə yağı əridərək tomatı  bişirin və kartofların üzərinə tökərək təqdim edin. İstəyinizə görə üstünə pomidor sousu da əlavə edə bilərsiniz.