Logo

Saçlarınızın erkən ağarmasının təbii yollarla çarəsi


Saçların ağarması əslində bir sağlıq problemi deyil, lakin əksər xanımlar ağarmış saçlarını gizlətmək üçün kimyavi məhsullara üz tutur. Halbuki ağarmış saçlarımızı 100% təbii məhsullarla azalda bilərik.

Erkən ağaran saçlar üçün kinin və bibəriya:

Kinin və bibəriya 20-li yaşın sonu 30-lu yaşın başlanğıcında istifadə edildikdə erkən ağaran saça səbəb olan melanin itkisinin qarşısını alır. Saçı uzun müddət piqmentli saxlamayı təmin edir.

Hazırlanışı:
- 3 xörək qaşığı kinin yarpağı (30 qr)
- 3 xörək qaşığı bibəriya (30 qr)
- 2 stəkan su (500 ml)

Hazırlanışı:
- Suyu qaynatdıqdan sonra kinin yarpaqlarını əlavə edin
- 10 dəqiqə vam odda bişməsi üçün gözləyin
- Bibəriyanı əlavə etdikdən sonra oddan götürün və 20 dəqiqə qapağı açmayın
- Soyuduqdan sonra suyunu süzüb saxlayın

İstifadə qaydası:
Saçınızı şampunla yuduqdan sonra məhlulu saçınıza vurun və saçlarınıza su vurmadan saxlayın. Həftədə 3 dəfə istifadə edin.

Açıq rəngli saçlar üçün çobanyastığı və sarıkök:

Çobanyastığı və sarıkök açıq qəhvəyi və sarı saçlı xanımlar üçün erkən saç ağarmasının qarşını alır. Həmçinin saçlarınızı kökündən ucuna qədər qidalandırır.

Vasitələr:
-1 xörək qaşığı çobanyastığl (10 qr)
- 4 xörək qaşığı üyüdülmüş sarıkök (40 qr)
- 2 stəkan su (500 ml)

Hazırlanması:
Suyu qaynatdıqdan sonra sarıkökü və çobanyastığını əlavə edin. Odu söndürdükdən sonra 20 dəqiqə soyumağını gözləyin.

İstifadə qaydası:
Saçlarınızı yuduqdan sonra məhlulu saçlarınıza vurun. Bunu həftədə 2 və ya 3 dəfə baş dərinizə masaj şəklində tətbiq edə bilərsiniz.

Qara qoz:

Qara qozun içindəki su saçınızı tündləşdirməklə yanaşı həm də yumuşaldır.

Vasitələr:
-8 ədəd qara qoz
- 1 litr su

Hazırlanışı:
- Suyu və qozu 25 dəqiqə qaynadın
- Soyuduqdan sonra suyunu bir qaba süzün

İstifadə qaydası:
Saçlarınızı hımin su ilə yuyun və 30 dəqiqə gözləyin. Gözlədikdən sonra saçlarınızı su ilə yuyun və bunu hər gün təkrar edin.